22 Yanvar 14:42
5 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO bu gün son onilliklərin ən böyüyü olan “Steadfast Defender 2024” adlı dörd aylıq hərbi təlimə başlayacaq.

Teleqraf.com xəbər verir ki, təlimlərə bütün NATO ölkələri və alyansa üzvlüyə namizəd İsveçdən 90 minə yaxın hərbçi qatılacaq.

Təlimlər mayın sonuna qədər davam edəcək, Norveçdən Rumıniyaya qədər olan bütün Avropa ərazisini əhatə edəcək.

Təlim ssenarisini NATO-nun Kollektiv Müdafiə Müqaviləsinin 5-ci maddəsi üzrə “müttəfiqlərin Rusiya ərazisinə hücumu” planı təşkil edir.

2018-ci ildə keçirilən “United Trident” təlimləri son onilliklərin ən böyüyü hesab olunurdu. Təlimlərdə 50 mindən çox hərbi qulluqçu iştirak edib. Sonuncu belə hərbi təlimlər 1988-ci ildə keçirilib, 125 mindən çox hərbçi qatılıb.

“Steadfast Defender 2024”-də 50-dən çox gəmi (təyyarədaşıyan və eskadrilya minaaxtaran), 80-dən çox qırıcı, helikopter və PUA və 133 tank və 533 PDM daxil olmaqla 1.1 minə yaxın döyüş maşını iştirak edəcək.

Alyansın Avropadakı birləşmiş silahlı qüvvələrinin baş komandanı Kristofer Kavolinin sözlərinə görə, təlim göstərəcək ki, NATO bir neçə ay ərzində quru, dəniz, hava, kiberməkan və kosmosda, eləcə də bütün Avropada kompleks əməliyyatlar həyata keçirə bilər.

NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer deyib ki, təlimlərin belə miqyasda keçirilməsi alyansın yeni hazırlığının nümayişidir. O, təlimlərə rekord sayda qoşunun cəlb olunacağını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər