Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyada ukraynalıların tarixən məskunlaşdıqları ərazilərlə bağlı fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, o, "tarixi Ukrayna ərazilərinə qayıdış"la bağlı hərəkətə keçməyə çağırıb.
“Bu gün təkcə Ukrayna və xalqımızın birliyini gücləndirmək üçün yox, həm də hüquq və azadlıqların birliyi, ukraynalılar – bizim və tarixmiz haqqında həqiqətlər üçün hərəkətə keçməliyik. Bu qayıdışdır. Ukraynanın gələcəyi naminə tarixi keçmiş haqqında həqiqətlər...”, - dövlət başçısı Ukraynanın Birlik Gününün 105 illiyi münasibətilə təbrikində bildirib.
O qeyd edib ki, bu məqsədlə “Rusiya Federasiyasında tarixən ukraynalıların yaşadığı ərazilər haqqında” fərman imzalayıb.
Söhbət Rusiyanın Voronej, Kursk, Rostov və Belqorod vilayətlərindən gedir.