22 Yanvar 20:09
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə il əvvəl Türkiyədən qaçaraq Fransaya sığınan erməni yazıçı Sevan Nişanyan azanı hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, erməni yazar skandal çıxışında beş vaxt azan oxunmasını “təcavüz” adlandırıb.

“Səsgücləndiricilərdə ucadan oxunan azan qədər iyrənc təcavüz, yəni zorlama, sataşma, hətta insanın naməhrəm yerlərinə toxunma səviyyəsində bir hücum tanımıram”, - Nişanyan bildirib.

Skandal sözlərini davam etdirən erməni qeyd edib:

“Məncə, Türkiyədə yaşamağın ən qorxulu tərəflərindən biri də budur. Azan verənlər heyvan kimi bar-bar bağırırlar”.

Nişanyan 2013-cü ildə şəxsi bloqunda Məhəmməd peğəmbəri təhqir etdiyi üçün Türkiyədə 13 ay 15 gün həbs cəzasına məhkum edilib. Bir il sonra müxtəlif ittihamlar üzrə cəzası 11 il 5 aya çıxarılıb. 2017-ci ildə Yunanıstana qaçan Nişanyan “arzuolunmaz şəxs” qismində bu ölkədən deportasiya edildikdən sonra Fransaya sığınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər