22 Yanvar 18:21
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan pakistanlı həmkarının dəvəti ilə gələn həftə bu ölkəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Pakistan və İran Xarici İşlər Nazirlikləri birgə bəyanatda iki ölkənin səfirlərinin yanvarın 26-na qədər geri qaytarılması ilə bağlı razılığa gəldiklərini açıqlayıb.

Abdullahiyan Pakistan xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə yanvarın 29-da İslamabada səfər edəcək.

Ötən həftə İran və Pakistan qarşılıqlı şəkildə bir-birinin ərazisinə hava zərbələri endirmişdi. Pakistan bunu İranın addımına cavab olaraq verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər