22 Yanvar 18:59
6 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç hələ NATO üzvü olmasa da, Türkiyə bu ölkənin alyansın ən böyük hərbi təlimində iştirakına icazə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Milliyət” qəzeti məlumat yayıb.

İcazə NATO-ya üzv ölkələrin ordu rəhbərlərinin yanvarın 17-18-də Brüsseldə keçirilən toplantısında Türkiyənin Baş Qərargah rəisi Metin Gürak tərəfindən verilib.

Bu, “soyuq müharibə”dən sonra Rusiyaya qarşı ən böyük hərbi təlimdir. Rusiyaya qarşı müxtəlif hərbi ssenarilərin məşq ediləcəyi təlimə 31 ölkədən 90 minə yaxın hərbçi qatılıb. Bu gün başlayan təlim NATO üzvü olan bütün Avropa ölkələrini əhatə edəcək və mayda bitəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər