Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç ilə görüşündə Cənubi Qafqaz, Orta Asiya və Ukraynadakı mövcud vəziyyəti müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Tərəflər regional və beynəlxalq məsələlər üzrə ikitərəfli əməkdaşlığın səmərəliliyini qeyd ediblər.
Həmin gün Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Andrey Rudenko Türkiyə səfiri ilə görüşüb. Diplomatlar qarşılıqlı maraq doğuran ikitərəfli və regional gündəmlər ətrafında fikir mübadiləsi aparıblar.