Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın İraq səfər edib.
Teleqraf.com xəbər verir ki, MİT rəhbəri səfəri zamanı İraq Prezidenti Əbdüllatif Rəşid, Baş nazir Məhəmməd Şiə əs-Sudani, şiə və sünni icmalarının nümayəndələri və türkmənlərin liderləri ilə görüşüb.
Görüşdə terrorla mübarizə, PKK təhlükəsi və bu terror təşkilatı ilə mübarizədə atılacaq birgə addımlar, təhlükəsizlik sahəsində əməkdaşlıq, İŞİD-lə mübarizədə əməkdaşlığın davam etdirilməsi, “İnkişaf Yolu” layihəsi (nəqliyyat dəhlizləri ilə bağlı), Qəzzadakı savaş və bunun bölgə ölkələrinə yayılması ehtimalı müzakirə edilib.
“İnkişaf Yolu” Türkiyə, Yaxın Şərq, Avropa və digər bölgələri əhatə edən dəhliz projesidir. Şərqlə Qərb arasında əlaqələrin daha da qısaldılmasını nəzərdə tutur. Zəngəzur dəhlizi də projeyə daxildir.