23 Yanvar 21:42
2 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin bütün təhlükəsizlik qurumları koordinasiyalı şəkildə terrorla mübarizəyə fokuslanıb. “Terrorun mənbəyində məhv edilməsi” strategiyasına uyğun olaraq, PKK separatçı terror təşkilatının bütün nöqtələri “mikroskopik” səviyyədə araşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, İraqın Qəndil və Metina bölgələri ilə yanaşı, Süleymaniyyə və Mahmurda da terrora qarşı mübarizə qərarı verilib. Yeni planda PKK-nın logistika və transfer, terrorçu yetişdirmə, yaralı terrorçuların müalicə və keçid məntəqəsi kimi Süleymaniyyə üçün ayrıca mötərizə açılıb. Ankara bölgədə fəaliyyət göstərən “Kürdüstan Vətənpərvərlər Birliyi”nə (KVB) də “Terrordan uzaq dur, lazım olanı et” mesajını verir. Əks halda, müvafiq addımlar atılacaq.

Terror təşkilatı İraqı sünnilər və şiələr arasında münaqişə ocağına çevirmək istədiyi müəyyən edilib. Türkiyə bunun qarşısını almaq üçün düyməni basıb. Türkiyə xaos yaratmaqla özünə yer etməyə çalışan separatçı terror təşkilatının hiylələri ilə bağlı tərəfdaşlarına da xəbərdarlıq edib.

Terrorla mübarizə doktrinasının son hissəsində Süleymaniyyə və KVB üçün ayrıca mötərizələr açılıb. Son zamanlar PKK və törəmələrinin logistik transfer mərkəzinə çevrilən Süleymaniyyədə terrorçulara təlim verildiyi, yaralı terrorçuların burada müalicə olunduğu və bölgənin terrorçuların Türkiyənin əməliyyat zonalarına keçid yolu olduğu üzə çıxıb.

Türkiyə bütün sərhədləri boyunca terror təşkilatına qarşı mübarizəyə başlayıb. Bu çərçivədə İraqın şimalı ilə Suriyanın şimalı arasındakı fərq ortadan qalxıb. Türkiyə “terrorçu hardadırsa, hədəfimiz də ordadır” strategiyası ilə irəliləyir.

Suriya, İran və İraqdakı silahlı terrorçular kimi, Avropa Birliyi ölkələrində güclənən terrorun siyasi tərəfi də radara düşüb. Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyatlar və uzun illər terror təşkilatında xidmət etmiş terrorçuların zərərsizləşdirilməsi ilə təşkilatın yaddaşı da silinir.

Türkiyənin zərbələri ilə ağır duruma düşən terror təşkilatı varlığını sübut etmək üçün türk hərbçilərinə hücumlarını artırıb, təcavüz atəşlərinə sərt cavab verilir.

Qeyd edək ki, Süleymaniyyə İranın İraqda PKK və onun törəmələrinə dəstək verdiyi və yardım etdiyi əsas bölgələrdən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər