Hakimiyyətə gəlsək, Almaniyanın Avropa Birliyi (AB) üzvlüyündən çıxması üçün referendum tələb edəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu “Almaniya üçün Alternativ” (AFD) Partiyasının həmsədri Alisa Vaydel deyib.
Siyasətçi Böyük Britaniyanın AB-dən çıxmasını (“Brexit”) Almaniya üçün də model kimi görür.
O, Britaniyanın bu qərarının Almaniya üçün də son dərəcə düzgün olacağını vurğulayıb.
“Bu Almaniya üçün bir modeldir, belə bir suveren qərar verilə bilər”, - Vaydel bildirib.
Alman siyasətçinin sözlərinə görə, onlar hakimiyyətə gəldikdən sonra AB-nin seçilməmiş qurumları, o cümlədən Avropa Komissiyasının səlahiyyətlərini məhdudlaşdırmaq üçün səy göstərəcəklər:
“İslahat mümkün deyilsə, AB-yə üzv ölkələrin suverenliyini bərpa edə bilməsək, Britaniyanın etdiyi kimi, xalqın qərar verməsinə icazə verməliyik”.
Vaydel hesab edir ki, “Dexit” prosesi - Almaniyanın AB-dən çıxması ölkənin öz müqəddəratını təyinetmə hüququnu gücləndirəcək.