23 Yanvar 20:38
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəhbərlik etdiyim bölmə düşmən hədəflərini neçə dəfə vursa da, Rusiya qüvvələri həmişə yenilənir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının 11-ci briqadasında xidmət edən zabit Timur BBC telekanalına deyib.

Timurun komandanlığındakı bölmə PUA-larla Xerson vilayətində Dnepr çayının sol sahilində Rusiya ordusunun mövqelərinə hücum edib.

“Eyni yerləri nə qədər vursaq da, rus qüvvələri daim yenilənir”, - zabit bildirib.

Kanal onu da qeyd edir ki, Ukraynanın pilotsuz təyyarələri Rusiyanın elektron sistemləri (EW) qarşında zəif görünür. Məsələn, üç PUA-dan yalnız biri hədəfə çata və onu məhv edə bilir, digər ikisi isə məhv edilir.

Ayın əvvəlində Britaniya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin Dnepr çayının şərq sahilində Rusiya texnikalarına qarşı kütləvi PUA zərbələri endirməsi haqda məlumat yayıb. Ehtimala görə, Ukrayna Rusiyanın burada elektron vasitələri olmaması səbəbindən müsbət nəticə əldə edib.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Ukrayna və Rusiya qüvvələri çayın şərq sahilində mövqe döyüşləri aparır, cəbhə xəttində heç bir təsdiqlənmiş dəyişiklik yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər