Özbəkistan prezidenti Şavkat Mirziyoyev Çinə səfər edib.
Teleqraf.com xəbər verir ki, Mirziyoyev Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlar aparacaq, həmçinin rəsmi şəxslər və Çin işgüzar dairələrinin nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, Çin Özbəkistanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə Çin və Özbəkistan arasında ticarət dövriyyəsi 44,9% artaraq 14 milyard dollara çatıb.