24 Yanvar 10:26
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin “Rusiyada ukraynalıların tarixən məskunlaşdıqları ərazilər”lə bağlı fərmanı absurddur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu əzabdır - Kiyev rejiminin heç vaxt real nailiyyətləri olmayacaq. Ölkəni Qərb kuratorlarının sifarişləri ilə Zelenski və onun sələfləri dağıdıb. Sözün əsl mənasında hər şey satılıb, kənara daşınıb və oğurlanıb. İnsanları mal-qara kimi kəsilmək üçün irəli sürürlər. Buradan da absurd sənədlər və gülünc davranışlar ortaya çıxır”, - diplomat bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl Rusiyada ukraynalıların tarixən məskunlaşdıqları ərazilərlə bağlı fərman imzalayıb. Sözügedən ərazilərə Rusiyanın Krasnodar, Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətləri daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu