24 Yanvar 18:57
1 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın taleyi əsasən Qərb müttəfiqlərinin hərəkətlərindən asılıdır və 2024-cü il bunun üçün həlledici ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya müdafiə naziri Qrant Şapps deyib.

Onun sözlərinə görə, Rusiya müharibə xərclərini artırır, qüvvə baxımından narahatlığı yoxdur.

“Putin hesab edir ki, Qərb tükənə bilər, bizim strateji səbrimiz yoxdur. Biz onun səhv olduğunu sübut etməliyik. Ukraynanın taleyi Qərbin əlindədir, biz onları ruhdan sala bilmərik”, - nazir bildirib.

Şapps vurğulayıb ki, Britaniya Ukraynaya uzunmüddətli perspektivlə yardım göstərməkdə davam edir:

“Sürəti artırmalıyıq. Bu isə daha çox diplomatik, iqtisadi və hərbi dəstək tələb edir. Putinin qalib gəlməsinə imkan vermək olmaz. Bu, ona nəinki güvən verəcək və Şərqi Avropadakı tərəfdaşlarımızı təhlükəyə atacaq, həm də Çinə impuls verəcək. Heç bir tərəddüd ola bilməz. Manevr etməyə və küləyin harada əsdiyini gözləməyə ehtiyac yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu