24 Yanvar 17:43
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Frensisk şərabı “Tanrının hədiyyəsi” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Vatikanda İtaliyanın şərab istehsalçıları görüşündə danışıb.

Papanın sözlərinə görə, şərab Tanrının hədiyyəsi və onu içənlər üçün əsl sevinc mənbəyidir.

Frensiskin fikrincə, şərab, torpaq, əkinçilik və sahibkarlıq qabiliyyətləri Tanrıdan bir nemətdir:

“Yaradan bunları bizə əmanət edib, çünki diqqətimiz və dürüstlüyümüzlə onları əsl sevinc mənbəyinə çeviririk”.

Papa həmçinin şərab istehsalçılarını sağlam içki vərdişlərini təşviq etməklə yanaşı, işçiləri və ətraf mühitə hörmətlə yanaşmaq kimi əxlaqi və mənəvi öhdəlikləri üzərində düşünməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər