24 Yanvar 23:28
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp hazırkı prezident seçkilərində qalib gələrsə, Almaniya iqtisadiyyatının vəziyyətini əks etdirən DAX fond indeksi əhəmiyyətli dərəcədə zərər görə bilər.

Teleqraf.com "Bloomberg"-ə istinadən xəbər verir ki, bu barədə "Goldman Sachs" ekspertləri bildiriblər.

"Bizi həm Avropa üçün daha yüksək tariflər, həm də ABŞ-ın Ukraynanı maliyyələşdirməsinin azalması ilə bağlı risklər gözləyir"- deyə "Goldman Sachs"-ın strateqi Şaron Bell bildirib.

Ekspertlər Donald Trampın prezident seçiləcəyi təqdirdə Avropanın avtomobil və kimya sənayesi üçün ciddi problemlər olacağını proqnozlaşdırırlar.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər