Rusiya ordusu gecə saatlarında Ukrayna ərazilərinə İran PUA-ları (“Şahid”) ilə zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Gecə ərzində ümumilikdə Rusiya ərazisindən Ukraynaya 14 “Şahid” tipli PUA buraxılıb. Pilotsuz təyyarələrdən 11-i Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri tərəfindən məhv edilib. Dronlar Nikolayev və Odessa vilayətlərində vurulub.
Bundan başqa, Rusiya ordusu Belqorod vilayətindən S-300 zenit-raket kompleksindən 4 dəfə Xarkov və Donetsk istiqamətində zərbə endirib.
Rusiyanın hava zərbələri Ukrayna qüvvələrinin mobil atəş qrupları və zenit-raket bölmələri tərəfindən dəf edilib.