25 Yanvar 21:59
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyadan çəkilməyi və fəlakət yaratmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Foreign Policy” (FP) məlumat yazır.

ABŞ nəşri İsrail-HƏMAS savaşının Yaxın Şərqdə tarazlığı dəyişdiyini yazıb.

Regionda gərginliyin pik həddə çatdığını iddia edən FP ABŞ-nin İraqla bağlı planına da toxunub. Nəşr Bayden administrasiyasının gərgin dönəmdə hərbi prioritetlərini yenidən nəzərdən keçirməsinin sürpriz olmadığını bildirib.

FP ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentindəki mənbələrinə istinadla qeyd edib ki, Vaşinqton artıq Suriyada hərbi qüvvə saxlamağın lazım olmadığını anlayıb. ABŞ-nin paytaxtında Suriyadakı 900 hərbçinin nə vaxt və necə çıxarılacağına dair müzakirə gedir. Nəşr İrana bağlı terrorçu qruplaşmaların İraqdakı ABŞ bazalarına hücumunun səbəbinin amerikalıları geri çəkilməyə məcbur etmək olduğunu da iddia edib.

ABŞ-nin Yaxın Şərqlə bağlı yeni planına toxunan “Foreign Policy” Vaşinqtonun İŞİD terror təşkilatına qarşı əməliyyat mərkəzini paytaxt Bağdaddan Ərbilə köçürməyi planlaşdırdığını bildirib. Analitiklərin fikrincə, ABŞ-nin belə bir qərar verməsinin ciddi nəticələri olacaq, belə bir ssenaridə Bərzani hökuməti ilə PKK/YPG terror təşkilatı arasında gərginliyin daha da kəskinləşəcək.

Təhlildə Türkiyə ilə bağlı da maraqlı məqamlar yer alıb. PKK/YPG-nin fəaliyyətinin Türkiyənin müdaxiləsinə təkan verəcəyi vurğulanıb.

Nəşrin yazdığına görə, ABŞ ordusu Suriyadan necə çəkilməsindən asılı olmayaraq, bu, xaosa səbəb olacaq.

Vaşinqtonda bəzilərinin YPG ilə Suriya rejimi arasında İŞİD-ə qarşı əməkdaşlıq təklif etdiyini qeyd edən FP bunun qeyri-mümkün olduğunu yazıb. Mənbə Bəşər Əsəd rejimi ilə YPG terror təşkilatının müttəfiq olmadığını bildirib.

“Rejim heç vaxt YPG-nin varlığını davam etdirməsinə imkan verməyəcək. Türkiyə isə geridə qalanları məhv etmək üçün əlindən gələni edəcək”, - təhlildə qeyd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər