25 Yanvar 20:25
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Tehran şəhərində Qandi xəstəxanasının bir neçə mərtəbəsində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə paytaxtın təhlükəsizlik xidmətinin nümayəndəsi Seyid Cəlal Maleki məlumat verib.

Onun sözlərinə görə, bir neçə dəqiqə əvvəl eyniadlı küçədə yerləşən Qandi Xəstəxanasında yanğın baş verib.

"Hadisə yerinə bir neçə yanğınsöndürən maşın gedib", - o deyib.

Qeyd edilir ki, yanğının səbəbləri və ölənlər barədə hələlik məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər