26 Yanvar 12:36
2 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Rusiya, Suriya, Türkiyə və İranın kəşfiyyat xidmətlərinin nümayəndələri arasında dördtərəfli formatda təmaslar davam edir, müdafiə nazirləri arasında danışıqlardan bəhs etmək hələ tezdir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

Rusiya rəsmisi qeyd edib ki, Yaxın Şərqdəki eskalasiya fonunda gələcəkdə dörd ölkənin müdafiə nazirləri arasında danışıqların baş tutacağını söyləmək hələ tezdir.

“Düşünürəm ki, hər şey bilavasitə İdlib ətrafı, Fərat çayı, İsrail-Suriya və İsrail-Livan sərhədlərində vəziyyətin inkişafında ortaya çıxan reallıqlardan asılı olacaq”, - Lavrentyev bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər