ABŞ Prezidenti Co Bayden Türkiyəyə F-16 döyüş təyyarələrinin satışının təsdiq edilməsinə dair Konqresə məktub göndərib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bayden Konqresə məktub göndərib, Nümayəndələr Palatasına göstəriş verib, oranı da gözləyirik. Orada ən qısa zamanda əldə ediləcək nəticələr F-16-ların Türkiyəyə göndərilməsi prosesinin başlamasına imkan verəcək. Bunu gözləyirik. Xarici işlər nazirimiz izləyir”, - dövlət başçısı bildirib.