26 Yanvar 18:22
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva İrəvanın əsas tərəfdaşı olaraq qalır.

Zaxarova xatırladıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında 2020-ci ilin payızında hərbi əməliyyatların dayandırılmasına həlledici töhfə verib və daha ​​çətin vəziyyətin qarşısını almağa kömək edib: "Rusiya hərbi əsirlərin və məhbusların mübadiləsində, itkin düşənlərin axtarışında, minalanmış ərazilərin xəritələrinin verilməsində fəal köməklik göstərib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər