Ukraynanın qəsdən, yoxsa səhvən zərbə vurduğu bilinmir, lakin bunu onların etdikləri açıq-aydındır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belqorod vilayətində raketlə vurulan İl-76 hərbi nəqliyyat təyyarəsi ilə bağlı insidentə münasibət bildirərkən deyib.
"Aydındır ki, İl-76 Kiyevin nəzarətində olan ərazilərdən buraxılan raketlərlə vurulub. Ukrayna Baş Kəşfiyyat İdarəsi İl-76-nın göyərtəsində ukraynalı hərbi əsirlərin olduğunu bilirdi" - deyə Rusiya prezidenti vurğulayıb.
"İl-76" təyyarəsinin qəzaya uğradığı yerdən ələ keçirilən silahların Fransa və ya ABŞ-ın hava hücumundan müdafiə sisteminə aid olduğu deyilir. Bu, bir neçə günə bəlli olacaq" – Putin qeyd edib.
Putin əlavə edib ki, Ukrayna xalqı xəbər tutması üçün “İl-76” işi üzrə təhqiqatın nəticələri ictimaiyyətə açıqlanacaq.