27 Yanvar 00:13
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Fransa münasibətləri dərin böhran içindədir, Paris dialoq mexanizmlərini “dondurub”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik qeyd edib ki, Fransanın yeni xarici işlər nazirinin Aİ və NATO-ya qarşı çıxa biləcəyi ilə bağlı heç bir illüziyası yoxdur.

“Aydındır ki, bu gün Rusiya ilə Fransa arasında münasibətlər dərin böhran içindədir. Keçmiş tərəfdaşlarımız öz istəkləri ilə onilliklər boyu yaradılmış təməli iki il ərzində dağıtdılar, dialoq və əməkdaşlığa dəstək mexanizmlərini “dondurdular”, ticarət-iqtisadi, elmi, mədəni və humanitar sahələrdə mövcud olan əməkdaşlığa ciddi zərbə vurdular”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər