Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Rusiya ilə qarşıdurmaya hazır deyilik.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
“Almaniya Avropanın gələcəkdə qarşılaşacağı təhlükəsizlik problemlərinə qarşı özünü müdafiə etməyə hazır deyil. Artıq regionda sülhün hökm sürəcəyinə sarsılmaz inam ola bilməz. Almaniya və onun digər NATO müttəfiqlərinin üzləşdiyi dəyişən təhlükəsizlik problemləri fonunda Bundesverin rolu dəyişib. Rusiyadan gələn təhlükələrə və digər aktorlara qarşı hazırlığa görmək lazımdır", - deyə o qeyd edib.