Ukrayna və Qərb cəbhədəki vəziyyətə görə ağır durumdadır.
Teleqraf.com xəbər verir ki, bunu Polşa generalı Leon Komorniçki deyib.
"Ukrayna ordusu və Qərb də kritik vəziyyətdədir. Bunu belə qiymətləndirmək lazımdır. Biz Qərbin özünü rahat hiss etdiyini güman edə bilmərik. Orada baş verənlərə görə də o, məsuliyyət daşıyır. Ukraynalıların fasiləsiz olaraq texnika və sursatla təmin olunmamasına gəldikdə isə hazırda ümid yoxdur. Rusiya qoşunlarının hərəkətləri və cəbhədəki vəziyyət Ukrayna ordusunda əhval-ruhiyyəyə getdikcə daha çox təsir edir", - general bildirib.