23 Yanvar 2015 15:44
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tatarıstanda naməlum şəxslər inkassator maşınına hücum edib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, hücum zamanı maşından 60 milyon rubl pul oğurlanıb. Zelenodolsk bölgəsində baş verən hadisə zamanı hücumçuların silahla atəş açdıqdan sonra sürücünün qaçdığı bildirilib.

Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.

Qeyd edək ki, bu Tatarıstan ilk belə hadisə deyil. 2014-cü ilin dekabrında da naməlum şəxslərin inkassatora hücumu zamanı 40 milyon rubl oğurlanıb.

Samir


Müəllif: