Ukrayna müharibədə uduzsa, Macarıstan Transkarpatiyanı götürəcək.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın "Mi Hazank" Partiyasının lideri Laslo Torotski deyib.
Onun sözlərinə görə, beynəlxalq təzyiq Ukraynada Avropanı məhv edəcək və qitə iqtisadiyyatını dibə aparacaq müharibəyə gətirib çıxarıb. Siyasətçi bu dağıdıcı prosesdə beynəlxalq maliyyə şəbəkələrinin mühüm rol oynadıqlarını söyləyib.
Torotski qeyd edib ki, Ukraynanı 10 trilyon dollardan çox büdcə ilə dünyanın ən böyük investisiya fondu “BlackRock” alıb.
Macar siyasətçi iddia edir ki, onun partiyası müharibəyə son qoyulması, dərhal atəşkəs, sülh və vəziyyətin danışıqlar yolu ilə nizamlanmasının tərəfdarıdır.
Torotski əlavə edib ki, müharibə nəticəsində Ukrayna dövlətinin varlığına son qoyularsa, Macarıstan bu ölkənin Transkarpatiya bölgəsinə iddiasını ortaya qoyacaq.