Yunanıstan 40 ədəd ən son nəsil F-35 Amerika döyüş təyyarəsi almağa hazırlaşır, həmçinin silahlı qüvvələrini gücləndirmək üçün ABŞ-dan pulsuz olaraq böyük miqdarda hərbi texnika alacağını bildirib.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyib.
Yunanıstan hökumətinin başçısı ABŞ dövlət katibi Antoni Blinkenin məktubunu oxuyaraq bunun ABŞ və Yunanıstan arasında strateji dərinliyi nümayiş etdirdiyini vurğulayıb.
"Bu məktubla Yunanıstan 40 ədəd F-35 döyüş təyyarəsi almağa başlayır, bundan əlavə Afina da silahlı qüvvələrin hər üç qolunu və Yunanıstan sahil mühafizəsini gücləndirəcək tamamilə pulsuz silah paketi alacaq" , - deyə nazir qeyd edib.
Yunanıstan Nazirlər Kabinetinin rəhbərinə göndərdiyi məktubda Blinken 40 yeni F-35 və əlavə olaraq Yunanıstanın üç Protector sinifli sahil mühafizə gəmisi, həmçinin müxtəlif hərbi yük maşınları və traktorlar alacağını qeyd edərək, rəsmi strukturların təsdiqini əlavə edib.