28 Yanvar 18:59
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nigerin milli televiziyasında təşkilatdan çıxmaqla bağlı birgə bəyanat oxunub.

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) on beş ölkənin regional siyasi və iqtisadi birliyidir.

ECOWAS-ın məqsədi tamhüquqlu iqtisadi və ticarət ittifaqının qurulması yolu ilə üzv dövlətlər üçün kollektiv özünütəminata nail olmaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər