Fransa Daxili İşlər Nazirliyinin rəhbəri tətil edən fermerlərin paytaxtı və ən böyük ərzaq bazarını bağlamaq təhlükəsi ilə əlaqədar Paris ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib.
Teleqraf.com xəbər verir ki, Fransa fermerlər ittifaqı paytaxta mal tədarükünün qarşısını almaq üçün Paris və onun ətraf rayonlarının tam blokadasını təşkil etmək niyyətində olduğunu bəyan edib.
Kampaniya bazar ertəsi gecə başlayacaq və ən azı beş gün davam edəcək. Hökumətin vədləri ilə kifayətlənməyən fermerlər etiraz aksiyalarını davam etdirməyi planlaşdırırlar.
Kampaniyalar dizel yanacağının qiymətində elan edilən artımla əlaqədar başlayıb.
Fermerlər də Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalının artması səbəbindən gəlirlərin azalmasından narazıdırlar.