29 Yanvar 12:01
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Tayvan ətrafındakı sularda daimi olaraq dörd döyüş gəmisi yerləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Çin bu yolla Tayvana təzyiq göstərməklə yanaşı, regionda münaqişə baş verəcəyi təqdirdə ABŞ gəmilərinin adaya yaxınlaşmasının qarşısını alacağını ümid edir.

Çinin başqa bir hərbi gəmisi daimi olaraq Şərqi Çin dənizindəki mübahisəli Senkaku (Diaoyu) arxipelaqının şimal-qərbində yerləşir. Yaponiya bu adaların ətrafını özünün ərazi suları hesab edir.

Çin Tayvanın müstəqilliyini qəbul etmir, öz ərazisi sayır. Çin lideri Si Cinpin adanın ölkəsinə birləşməsinin tarixi zərurət olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər