29 Yanvar 11:36
2 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada sülh məsələsi ilə bağlı danışıqlar ABŞ-də prezident seçkilərindən sonra baş tuta bilər.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş komandanı admiral Ceyms Stavridis deyib.

Onun fikrincə, uzunmüddətli müharibə Ukrayna və Rusiyanı tükəndirib.

“Düşünürəm ki, bu ilin sonuna qədər, bəlkə də ABŞ seçkilərindən sonra potensial danışıqlar anı olacaq”, - Stavridis bildirib.

Admiralın iddiasına görə, Rusiya ilə Ukrayna arasında müharibə “Koreya ssenarisi” ilə başa çatacaq:

“Ukrayna şərqindəki ərazilər, eləcə də Krımın Rusiyanın nəzarətində qalması ilə razılaşmalı, Moskva isə Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməlidir. Bu durumda Ukraynanın NATO-ya daxil olacağını görürəm. Hesab edirəm ki, bu anlaşmanın konturları bu ilin sonunda daha aydın olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər