29 Yanvar 12:10
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya-Suriya sərhədində ABŞ hərbi bazasına hücumla İran arasında heç bir əlaqə yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın BMT-dəki nümayəndəliyinin açıqlamasında bildirilir.

“İranın bu hücumla heç bir əlaqəsi yoxdur. Qarşıdurma ABŞ qüvvələri ilə bölgədəki müqavimət qüvvələri arasında qarşılıqlı cavabdır”, - açıqlamada deyilir.

ABŞ Prezidenti Co Bayden və müdafiə naziri Lloyd Ostin baş verənlərə görə İrana bağlı qruplaşmaları ittiham edib. ABŞ rəsmiləri hücuma adekvat cavab veriləcəyini bildiriblər.

Hücumda üç amerikalı hərbçi həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər