29 Yanvar 14:16
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan qarşıdakı görüşdə taxıl sazişini müzakirə edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə RİA “Novosti”yə deyib.

“Əlbəttə, Ukrayna mövzusu müzakirə ediləcək. Cənab prezidentin bu istiqamətdə vasitəçilik səylərindən xəbəriniz var, İstanbul sülh prosesini bərpa etmək üçün tərəflərə dəfələrlə çağırışlar edilib. Həmçinin dayandırılmış Qara dəniz taxıl sazişi var, cənab prezident artıq bəyan edib ki, onun bərpası təşəbbüsünü hörmətli Vladimir Putinlə müzakirə etmək niyyətindədir”, - agentliyin həmsöhbəti söyləyib.

Onun sözlərinə görə, prezidentlər regional gündəliyi və ikitərəfli məsələləri də müzakirə edə bilərlər:

“Liderlərin kifayət qədər geniş gündəliyi var”.

Rusiya liderinin Türkiyəyə fevralda səfər edəcəyi gözlənilir.

Kremlin sözçüsü Dmitri Peskov ötən həftə Putinin Türkiyə səfərinə hazırlıq getdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər