Gürcüstan hökuməti və hakim “Gürcü Arzusu” Partiyasında dəyişiklik gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın müxalifət telekanalı “Mtavari” məlumat yayıb.
İddiaya görə, Gürcüstanın baş naziri postunu “Gürcü Arzusu” partiyasının hazırkı sədri İrakli Kobaxidze tutacaq.
“Hazırkı Baş nazir İrakli Qaribaşvili partiya sədri vəzifəsinə namizədliyini irəli sürüb. Amma bu vəzifəni Bidzina İvanişvilinin oğlu Uta İvanişvilinin tutacağı istisna edilmir”, - telekanal bildirib.