Səudiyyə Ərəbistanı, İordaniya və Misirin milli təhlükəsizlik orqanlarının yüksək rütbəli rəsmiləri, eləcə də Fələstin administrasiyasının nümayəndələri Qəzza zolağının müharibədən sonrakı durumu ilə bağlı bir araya gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” rəsmi mənbələrə istinadla məlumat yayıb.
Görüş 10 gün əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub. İştirakçılar müharibədən sonra Fələstin rəhbərliyinin Qəzzanın idarə edilməsinə cəlb olunmasını müzakirə ediblər.
Qeyd olunub ki, bu görüş Səudiyyə Ərəbistanı ilə Fələstin Muxtariyyəti arasında son aylardakı səylərin koordinasiyasının növbəti göstəricisidir.