29 Yanvar 16:21
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya ordusunun müharibə planlarına mülki vətəndaşların evlərini bomba sığınacaqlarına çevirmək də daxildir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Müdafiə Nazirliyinin hesabatına istinadla məlumat yayıb.

Nazirlik məxfi “Əməliyyat planı” üzrə işləri aprelə qədər yekunlaşdırmağa hazırlaşır. Hesabatda Almaniya aktiv cəbhə xətti olan dövlət yox, silah və texnikanın çatdırılması üçün həyati əhəmiyyət kəsb edən “tranzit ölkə” kimi nəzərdə tutulur. Buna görə də hərbçilərə mühüm magistrallar, qatar stansiyaları və limanların təhlükəsizliyini təmin etmək tapşırılacaq.

Hesabata görə, hökumət adətən hərbçilər və polisə tapşırılan bəzi vəzifələr, o cümlədən elektrik stansiyalarını qorumaq üçün mülki şəxslərə etibar etməli olacaq.

Almaniyada cəmi 579 funksional bomba sığınacağı olduğu üçün planda vətəndaşlardan zirzəmi və qaraj kimi yerlərdə öz sığınacaqlarını qurmaları tələb edildiyi bildirilir.

Federal Mülki Müdafiə Agentliyinin sədri Ralf Tisler deyib ki, vaxt məhdudiyyəti səbəbindən yeni sığınacaqlar tikmək artıq mümkün deyil.

Almaniya davam edən Rusiya-Ukrayna müharibəsindən qaynaqlanan təhdidləri əsas gətirərək ordusunu gücləndirmək yollarını axtarır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər