İsrail hərbi aviasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının qərargahının yerləşdiyi Suriyanın Seyidə Zeynəb şəhəri ətrafına zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, Dəməşqin cənubunda yerləşən Suriya ordusunun sıralarında döyüşən yaraqlı qruplaşmanın düşərgəsindən əlavə, hərbi obyektə üç raket düşüb.
Zərbələr nəticəsində iki nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb.