ABŞ Konqresi Kiyevə əlavə yardımı təsdiqləməsə, Ukraynanın Qərb dəstəkli bütün uğurları təhlükə altına düşəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Ukraynanın uğuru və Rusiyanın strateji məğlubiyyətini təmin etmək üçün Konqresd' prezidentin əlavə maliyyə tələbinin təsdiqlənməsi vacibdir.
Bu olmadan bütün rəqiblərimizə yanlış siqnal göndərəcəyik ki, azadlıq və demokratiyanın müdafiəsini ciddi qəbul etmirik. Bu, Vladimir Putin üçün də təsdiq olacaq ki, hansısa yolla həm Ukrayna, həm də bizdən daha çox yaşaya bilər. Bu baş verməyəcək. Bunun baş verməyəcəyinə əmin olmalıyıq”, - dövlət katibi bildirib.