30 Yanvar 12:52
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı ətrafında yaranmış vəziyyət ABŞ və Britaniyanın Kiyevdə apardığı mübarizənin əksidir, bunun nəticəsi mərhələli və qısamüddətli hərbi çevriliş ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Dudçak deyib.

“Konfliktin konturları getdikcə aydınlaşır: Zelenski bu və ya digər şəkildə Zalujnını uzaqlaşdırmaq istəyir, amma ikinci getmək istəmir. Əslində biz ABŞ və Britaniya arasında qarşıdurmanı görürük: qruplardan birinə Ukraynanın eks-prezidenti Pyotr Poroşenko və Zalujnı daxildir və onlar ABŞ dövlətlər tərəfindən idarə olunur, digərinə isə Zelenski və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov daxildir, onlara da Britaniya kəşfiyyatı nəzarət edir”, - ekspert bildirib.

Dudçakın ehtimalına görə, Zalujnı uzun müddət öz yerində qalacaq, çünki anqlo-sakslar arasındakı qarşıdurmada qüvvələr nisbəti hələ ABŞ-nin tərəfindədir. Ekspert hesab edir ki, fərqli nəticə də mümkündür.

“Hərbi çevriliş olarsa, bu, “haqq-ədalət mübarizəsi” kimi səhnələşdirilərək cəmiyyətə təqdim olunacaq. Bu “Maydan” keçici olacaq, sadəcə Kiyev rejiminin səmərəliliyini artırmaq üçün ali rəhbərləri yenidən düzəcəklər”, - Dudçak vurğulayıb.

Politoloq iddia edir ki, Rusiya-Ukrayna münaqişəsinə münasibətdə London və Vaşinqton arasında çoxlu ümumi cəhətlər olsa da, bir sıra ziddiyyətlər də var:

“London münaqişənin davam etməsini, Vaşinqton dondurulmasını istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər