Pakistanın keçmiş baş naziri İmran Xan və sabiq xarici işlər naziri Şah Mahmud Qureyşi “dövlət sirrini yaymaq” ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, qərar hər iki şəxsin iştirakı ilə bu gün Ravalpindidəki Adiala həbsxanasında Xüsusi Məhkəmənin hakimi Əbülhəsnəd Zülqərneyn tərəfindən elan edilib.
Xan və Qureyşi bu işdə ilk dəfə ötən il oktyabrın sonunda Adiala həbsxanasında keçirilən qapalı məhkəmə iclasında ittiham olunub.
Noyabrda Pakistan Ali Məhkəməsi həbsdə olan Xan və Qureyşinin məhkəməsini qanunsuz elan edərək, prosesin açıq keçirilməsini tələb edib. Pakistan hakimiyyəti təhlükəsizlik təhdidləri səbəbindən bu tələbi geri çevirib, dinləmələr Adiala həbsxanasında keçirilir.