ABŞ Prezidenti Co Baydeni Amerikanın Yaxın Şərqdəki bazalara hücuma cavab olaraq İranın neft emalı zavodlarına zərbələr endirməyə çağırıram.
Teleqraf.com xəbər verir ki, bunu "Fox News"un aparıcısı Şon Hanniti deyib.
"Bayden dünyaya işin ciddi olduğunu göstərmək istəyirsə, İranın neft emalı zavodlarını məhv etməlidir. Onları ağrıyan yerindən vurun. Baydenin Yaxın Şərq siyasəti uğursuzdur, İraq və Suriyadakı qoşunlarımıza qarşı keçən həftə sonu baş verənlərə səbəb olan 200-ə yaxın hücuma göz yumdu. Prezidentliyinin çox hissəsini İrana yaxınlaşmaq və mollalarının varlanmasına kömək etməklə keçirib. Donald Trampın dövründə bunların heç biri olmamışdı", - jurnalist vurğulayıb.