Yunanıstan Baş naziri Kiriakos Mitsotakis mayda Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin başçısı özü məlumat verib.
Mitsotakis Türkiyə və Yunanıstan arasında 2023-cü ilin dekabrında “Dostluq Münasibətləri və Yaxşı Qonşuluq haqqında Afina Bəyannaməsi”nin imzalanması ilə ikitərəfli münasibətlərin normallaşma prosesinə keçdiyini və Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəsinə səfərinə cavab olaraq, mayda Ankaraya getmək niyyətində olduğunu açıqlayıb.
Türkiyə lideri Yunanıstana ötən ilin dekabrında səfər edib.
Yunanıstan başçısı Türkiyənin müdafiə sənayesindəki inkişafa da diqqət çəkib:
“Türkiyənin çox önəmli müdafiə sənayesi ixracatı var. Biz isə hələ də çatışmazlıqları tamamlamağa çalışırıq”.