Yəməndə İranın dəstəklədiyi “Ənsarallah” qruplaşması Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisini raketlərlə hədəfə aldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə qruplaşmanın sözçüsü Yəhya Səri məlumat verib.
ABŞ Hərbi Donanmasına məxsus “USS Gravely” esminesini raketlərlə hədəfə aldıqlarını deyən Səri bunun Fələstinə dəstək, Amerika və Britaniyanın Yəmənə hücumlarına cavab olduğunu bildirib.
“Yəmən Silahlı Qüvvələri Qırmızı və Oman dənizlərində ölkəmizə qarşı hücumda iştirak edən bütün ABŞ və Britaniya hərbi gəmilərinin qüvvələrimizin hədəf diapazonunda olduğunu və legitim müdafiə hüququ çərçivəsində hədəfə alınacaqlarını təsdiqləyir”, - qruplaşmanın sözçüsü vurğulayıb.