1 Fevral 08:28
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyə ilə Amerikanın "F-35" qırıcılarının istehsalı proqramına qayıtması imkanını müzakirə edir. Ancaq bunun üçün Ankaranın Rusiyanın S-400 zenit-raket komplekslərindən imtina edilməsini şərt qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən brifinqdə deyib.

""F-35" proqramının S-300 və ya S-400 raketlərinin istifadəsi ilə Türkiyəyə uyğun olmadığına dair fikrimizi dəyişməmişik. Ona görə də biz bu müzakirələri davam etdiririk və Türkiyə bu məsələ ilə bağlı narahatlığımızı aradan qaldıra bilsə, F-35 proqramına doğru irəliləyişi bərpa oluna bilər", - dəy o bildirib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər