Rusiya hava hücumundan müdafiə sistemləri Kursk və Belqorod vilayətlərində Ukraynadan atılan 5 PUA-nı vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gecə Kiyev rejiminin Rusiya ərazisindəki hədəflərə PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod (4) və Kursk (1) vilayətləri üzərində Ukraynaya məxsus pilotsuz uçan aparatları ələ keçirib və məhv edib”, - nazirlik bildirib.