1 Fevral 10:26
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Karsten Brayer ordunun ölkəni müdafiə etmək gücündə olduğunu, amma kifayət qədər yaxşı müdafiə etmək iqtidarında olmadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, general Almaniya Silahlı Qüvvələrinin müharibəyə uyğun olması üçün yenidən qurulmasına və silahlara ehtiyacının olduğunu bildirib.

“Bu sual tez-tez verilir: indi bizə hücum edilsəydi, özümüzü müdafiə edə bilərdikmi? Bəli, müdafiə edərdik. Bəs bunu yaxşı şəkildə edə bilərdikmi? Yox, edə bilməzdik”, - Brayer deyib.

Baş Qərargah rəisi qeyd edib ki, ordu Almaniyanı müdafiə etmək üçün güclü potensiala malikdir, amma onu çox yaxşı müdafiə etmək iqtidarında deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər