Bu gün Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının iclası və qurultayında yeni baş nazirin namizədliyi təsdiqlənəcək.
Teleqraf.com xəbər verir, partiyanın qurultayında isə “Gürcü Arzusu”nun yeni sədri seçiləcək.
“Gürcü Arzusu” baş nazir postuna partiyanın hazırkı sədri İrakli Kobaxidze, onun yerinə isə istefa vermiş baş nazir İrakli Qaribaşvilinin namizədliyini irəli sürəcək. Gələn həftə parlament yeni baş nazir və hökumətin tərkibini təsdiqləməyi planlaşdırır.
Gürcüstan baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib.