Avropa İttifaqı Ukraynaya kömək etməkdən yox, Macarıstanın baş naziri Viktor Orbanın Kiyevə vəsait ayrılmasına mane olmasından yorulub.
Teleqraf.com xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.
"Problem Ukraynada deyil, Orbandadır. Macarıstan nəhayət öz mövqeyi ilə bağlı qərar verməlidir: Bu münaqişədə Kiyevi və ya Moskvanı dəstəkləyir? Ukraynaya yardım məsələsində yalnız ağ və qara var. Orban Ukraynaya 50 milyard avro ayrılması ilə bağlı səsverməni veto etsə B planımız yoxdur. Lakin ümid edirəm ki, Orbanın mövqeyini dəyişmək üçün Aİ liderlərinin güclü arqumentləri olacaq", - deyə Tusk bildirib.