1 Fevral 17:49
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin bu ölkəyə qarşı silsilə zərbələrindən sonra Suriyadakı yüksək rütbəli zabitlərinin sayını azaltmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi rəsmi mənbələrinə istinadla məlumat yayıb.

Agentlik yazır ki, artıq SEPAH-ın bir neçə yüksək rütbəli hərbçisi onlarla orta səviyyəli zabitlə birlikdə Suriyanı tərk edib, amma İran silahlı qüvvələrinin Suriyadan tamamilə çıxarılmasından söhbət gedə bilməz.

“Röyter”in həmsöhbətləri deyirlər ki, İran bölgədə öz təsirini saxlamaq üçün proksi qüvvələrə daha çox bel bağlamağa başlayacaq.

Bununla belə, agentlik Suriyadan çıxan SEPAH zabitlərinin dəqiq sayı barədə məlumat verməyib.

İsrail ordusunun Suriyaya son hava zərbələrində İran ordusunun çoxlu sayda hərbçisinin öldüyü bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər